BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən məhsul gətirənlərin nəzərinə

“Daşıma xərclərinin Dövlət Gömrük Komitəsinə bildirilməsi hazırda tətbiq olunan mexanizmdir. Bu məlumat faktiki olaraq sifarişçinin karqo şirkətinin onlayn məlumatlandırma bazasından əldə edilir və vətəndaşın aldığı məhsula ödədiyi vəsaitin üzərinə əlavə olunaraq ümumi məbləğ şəklində DGK-nın səhifəsində öz əksini tapır. Qanunvericiliyə görə, məhsulun gömrük dəyəri həmin məhsulun transport xərcləri daxil olmaqla ölkə gömrüklərinə çatdırılmasına qədər çəkilən xərclər və məhsulun alışına ödənilən xərclərlə bir yerdə hesablanır. Müvafiq hesablama metodologiyası fiziki şəxslər tərəfindən həyata keçirilən alış-veriş və gömrük əməliyyatlarına da artıq şamil edilib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspert: ““Azərbaycan Dəmir Yolları” QSC o qədər də şəffaf fəaliyyət  göstərmir” Pravda.az

Ekspert bildirib ki, bu metodologiya müəyyən mənada vətəndaşların daha erkən şəkildə 300 ABŞ dollar həcmində olan aylıq limitini bitirməsini şərtləndirəcək və hazırda şərtləndirir: “Düşünmürəm ki, bu qərar məhz son dövrlərdə müzakirə edilən “Trendyol” və onun məhsullarının Azərbaycana birbaşa çatdırılması xidmətinin təşkili məsələləri ilə əlaqədardır. Bu, DGK-nın mümkün qədər bütün imkanlardan istifadə edərək məhsulun real maya dəyərini elektron sistemində yerləşdirməklə, həmçinin vətəndaşlara verilən 300 dollarlıq limiti daha erkən bitməsi məqsədilə həyata keçirilən bir yanaşma kimi qiymətləndirilə bilər. Amma dediyimiz kimi, qanunvericilikdə də məhsulun gömrük maya dəyəri həmin məhsulun çatdırılması xərcləri də daxil olmaqla hesablanır. Qanunvericilik buna şərait yaradır”.

 

Aytəkin Qardaşova 

Tarix: 17 May 2023, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin