BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda anasını qətlə yetirən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadə barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin aprelində aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib.

 

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 17 May 2023, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin