BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: "Karantin rejimindən çıxa bilmərik"

"Azərbaycan dövləti koronavirusla mübarizəni uğurla davam etdirir. Qorxulan olmadı. Vaxtında görülən tədbirlər nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Ancaq rahat olmaq üçün hələ tezdir. Beynəlxalq aləmdə virusun ikinci dalğasından danışırlar. Bunu nəzərə almalıyıq. Həm də yaxın və uzaq ölkələrdə vəziyyət hələ qənaətbəxş olmazkən biz birtərəfli qaydada karantin rejimindən tələsik çıxa bilmərik".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

A.Əliyev dövlət başçısının karantin rejiminin uzadılması ilə bağlı qərarını dəstəklədiyini bildirib: "Düzgün qərardır. Əlbəttə, hər yerdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatda müəyyən problemlər yaranıb və bəziləri deyə bilər ki, ölkəmizdə virusun geniş yayılmasının qarşısı alınıbsa, aprelin 20-dən karantinə son qoymaq olar. Ancaq qeyd etdiyim kimi, təhlükə hələ tam sovuşmayıb. Prezidentimiz iqtisadiyyatla insanların sağlamlığı arasında ikinciyə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Birinci növbədə insanların sağlamlığımı düşünməliyik, özümüzü və ətrafımızı qorumalıyıq. İqtisadiyyatımızı bərpa etməyə gücümüz yetərlidir, buna heç kimin şübhəsi olmasın".

Tarix: 17 Aprel 2020, 18:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin