BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabada babasıgilə gedən 12 yaşlı oğlan qəfildən öldü - FOTO

Bakıdan Cəlilabad rayonuna gedən sərnişin müəmmalı şəkildə ölüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayonun Uzuntəpə kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Bakı şəhərindən Cəlilabad rayonuna babasıgilə qonaq gedən 2007-ci il təvəllüdlü İbrahimov Rəmzi Rauf oğlu avtomobildə müəmmalı şəkildə dünyasını dəyişib.

 

Yaxınları onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun artıq öldüyü məlum olub.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

R.İbrahimov evin yeganə övladı olub.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Tarix: 28 Noyabr 2019, 21:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin