BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xəzər” TV-də kütləvi işdən çıxarılma: Maliyyə departamentinin rəisi vəzifəsindən azad edildi

“Xəzər” televiziyasında kütləvi işdən çıxarılma başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, baş direktor Murad Dadaşov islahatlara start verib, işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib.

 

Belə ki, Maliyyə departamenti tam tərkibdə yeniləcək. Departamentin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər.

 

Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar.

 

Xatırlatma: SOCAR-ın təsisçiliyi ilə yaradılan "SOCAR Media" İctimai Birliyi martın 5-də "Xəzər TV" MMC-nin təsis paylarını alıb. Sonra isə televiziyaya icraçı direktor Xalq artisti Murad Dadaşov təyin edilib.

 

Qeyd: “Xəzər TV”-nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

 

Kənan Mirzəyev

Tarix: 18 Aprel 2020, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin