BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil nazirinin müavininin xaricdə şirkəti üzə çıxdı - FOTO

Təhsil nazirinin müavini Firudin Qurbanovun Slovakiyada biznesi üzə çıxıb.

 

Pravda.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, Təhsil nazirinin müavini Firudin Qurbanov həm təhsillə, həm də bizneslə "məşğuldur": “ Slovakiyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur. Şirkət 6671381000 saylı lisenziya ilə Slovakiyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.

Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir”.

Fotoları təqdim edirik
Tarix: 28 Noyabr 2019, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin