Reklam

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, havanın temperaturu gecə 9-12° isti, gündüz  16-19° isti, Bakıda  gecə 9-12° isti, gündüz  17-19° isti olacaq.

 

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 7-11° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz  10-15° isti olacaq.

Tarix: 18 Aprel 2020, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin