BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp təcili Əfqanıstana getdi

ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib. Qeyd edilir ki, ABŞ dövlət başçısı Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, "Reuters"in yaydığı fotoda Donald Trampın həmçinin hərbçilərlə nahar etdiyi əks olunur.

 

Qeyd edək ki, ABŞ lideri ötən həftə Əfqanıstan prezidenti ilə telefon vasitəsilə danışıq aparıb. Tramp Əşrəf Qənini Vaşinqtona rəsmi səfərə dəvət edib.

 

Dövlət başçıları həmçinin radikal "Taliban" hərəkatı ilə sülhə nail olunmasına dair planın 7 maddəsini müzakirə ediblər.

 

ABŞ prezidenti "Taliban"ın oğurladığı ABŞ və Avstraliya professorların azad edilməsinə görə, Əfqanıstan prezidentinə təşəkkür edib. (Report)

Tarix: 29 Noyabr 2019, 00:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin