BURADA REKLAMINIZ OLA
BİLƏR

Cümşüd Nuriyev: “İnsan emosiyaya qapılanda, onun beyni ilə dili arasında müəyyən problem yaranır” - VİDEO

“İnsan emosiyaya qapılanda olanda, onun beyni ilə dili arasında müəyyən problem yaranır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Cümşüd Nuriyev İctimai Televiziyada yayımlanan “3D” (Dadaşlinski Dadaş Dadaş oğlu) verilişində Qarabağ döyüşlərində iştirak edən qadınları təhqir etməsinə aydınlıq gətirərkən deyib.

 

“O vaxtı Xanım Xəlilovanın dəstəsində olan və parlamentə hücum edən qadınlar Qarabağda döyüşlərində iştirak etməyiblər. Bütün hallarda sonradan anladım ki, qadınlarla bağlı səsləndirdiyim fikirdə üslub seçimim səhvdir. Ona görə də qadınlardan üzr istəmişəm. Baxmayaraq ki, bir əldə olan barmaqların sayı qədər olan qadınlardan danışmışdım, amma deməməliydim... Bu məsələnin kifayət qədər şişməsini istəmirəm. Hər bir qadın mənə əzizdir. Sosial şəbəkələrdə trollar özlərinin tərbiyələrinə uyğun rəylər bildirirlər. İnsanlarda, o cümlədən məndə sevgi itib, ona görə də bu cür anlaşılmazlıqlar yaranır” – C.Nuriyev qeyd edib.

 

Tarix: 29 Noyabr 2019, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin