BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" "Sevilya" ilə qarşılaşır

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirir.

 

Pravda.az-ın xəbərinə görə, Avropa Liqasında mübarizə aparan Ağdam klubu qrup mərhələsinin V turunda “Sevilya” ilə üz-üzə gəlir.

 

“Qarabağ” isə evdə 0:3 hesabı ilə uduzduğu rəqibi büdrətməyə borcludur. Çünki məğlubiyyət komandanın 1/16 final şanslarının üstündən xətt çəkə bilər.

 

İspaniyada baş tutacaq görüş meydan sahibləri üçün formal xarakter daşıyır. Yarışın beşqat qalibi nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri təmin edib.

 

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Avropa Liqası

Qrup mərhələsi

V tur, 28 noyabr

A qrupu

00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Mohammed Əl-Hakim

Baş hakimin köməkçiləri: Fredrik Kliver, Mahbod Beigi

Dördüncü hakim: Martin Stromberqsson (hamısı İsveç)

Hakim-inspektor: Laurent Duhamel (Fransa)

UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya)

“Sevilya”: 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço, 7. Roni Lopes, 9. Munas Dabbur, 11. Munir, 14. Çiçarito, 15. Alexandro Pozo, 17. Nemanya Qudeli, 18. Serxio Eskudero, 21. Oliver Torres

Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik, 5. Lukas Okampos, 12. Yules Kunde, 22. Franko Vaskes, 26. Joze Mena, 30. Brayan Gil, 34. Felipe Çakartegi.

Baş məşqçi: Xulen Lopeteqi

“Qarabağ”:  1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 5. Maksim Medvedev (k), 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras

Baş məşqçi: Qurban Qurbanov

Sevilya. Ramon Sançes Pisxuan stadionu. Apasport

 

1

Sevilya

4

4

0

0

12-0

12

2

APOEL

4

1

1

2

7-8

4

3

Qarabağ

4

1

1

2

7-8

4

4

Düdelanj

4

1

0

3

7-15

3

Tarix: 29 Noyabr 2019, 00:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin