Ulduz dərəcəsinin işarəsi |
Ümumi təəssürat |
1* |
Nömrə fondunun və digər zonaların işlək və təhlükəsiz vəziyyətdə olan avadanlıqlar və mebel ilə təchiz edildiyi, gündəlik təmizliyin təmin edildiyi aşağı büdcəli mehmanxana; |
2* |
1* dərəcəsini təsvir edən tələblər ilə bərabər səhər yeməyinin çeşidli şəkildə təqdim edildiyi aşağı büdcəli mehmanxana; |
3* |
2* dərəcəsini təsvir edən tələblər ilə bərabər keyfiyyətli mebel və avadanlıqların olduğu və komfortun təmin edildiyi mehmanxana; |
4* |
3* dərəcəsini təsvir edən tələblər ilə bərabər, ən azı 3-dən çox müxtəlif növ xidmətlərin və komfortun təmin edildiyi mehmanxana; |
5* |
4* dərəcəsini təsvir edən tələblər ilə bərabər, dəbdəbəli dizayn və təchizata malik olan və komfortun təmin edildiyi mehmanxana. |