“Dondurma tez həll olunan süd məhsuludur. Buna görə dondurma istehsalında tam kərə yağından istifadə olunur. Lakin bəzi hallarda standartlar, yaxud texniki şərtlər daxilində dondurma hazırlanmasında bitki yağlarından da istifadə edilə bilər. Bitki yağları içində kokos yağı ən üstünüdür. Digər bitki yağlarının isə dondurmanın tərkibində istifadəsinə dair texniki şərt, yaxud standart yoxdur. Xüsusən plombir dondurmalarının istehsalında kərə yağından istifadə olunmalıdır. Lakin istehlakçıların verdikləri məlumatlara görə, bəzən bu cür dondurmaları istehlak edən zaman boğazda, damaqda acılıq yaranır. Bu isə o deməkdir ki, həmin dondurmanın istehsalında vaxtı keçmiş, turşumuş kərə yağından, yaxud bitki yağlarından istifadə edilib. İstehlakçılar soruşurlar ki, dondurma istehsalçıları qışda külli miqdarda dondurma istehsal edirlər, sonra həmin dondurmalar bazara çıxarılır, belə halda dondurmanın vaxtı keçmiş sayılır? Əslində, bu, normaldır. Dondurma istehsal edən müəssisələr qış aylarında işçilərinin bir hissəsini məzuniyyətə buraxırlar, yalnız sifariş əsasında kafelər, restoranlar üçün dondurma istehsal edirlər”.
Bu sözləri Pravda.az-a müsahibəsində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, ölkədə 27-dən artıq dondurma istehsalçısı var: “Onlar arasında kiçik sex şəklində fəaliyyət göstərənlər də mövcuddur. Hamısına nəzarət etmək mümkün deyil. Onlar yanvarda istehsal etdikləri dondurmanın üstünə aprel tarixi yaza və həmin dondurmanı apreldə satışa çıxara bilərlər. Ümumiyyətlə, dondurmalar mənfi 18 dərəcədən aşağı, 10 ay müddətində saxlanıla bilər. Lakin xarici ölkələrdən gələn dondurmalara diqqət etsək, görərik ki, üzərində 1 il – 1 il yarım yararlılıq müddəti qoyulub. Əlbəttə, belə dondurmalar Azad İstehlakçılar İctimai Birliyində arzuolunmaz dondurmalar hesab olunur. Xaricdən gətirilən dondurmaların ciddi problemlərindən biri budur ki, onlar yolda müəyyən temperatur riskinə məruz qala bilirlər. Avtomobillərlə daşınma zamanı soyuducular sıradan çıxa, yaxud müvəqqəti dayana bilər, nəticədə məhsul əriyər, onu təzədən dondurarlar. Artıq bu cür dondurmalar çirklənmiş hesab olunur. Belə dondurmalar əzilmiş bükülüşdə olmaları ilə özlərini büruzə verirlər. Bu səbəbdən istehlakçılar yerli dondurmalara üstünlük verməlidirlər”.
E.Hüseynovun sözlərinə görə, ölkədə xarici dondurmaların adı və onu imitasiya edən mal nişanı ilə dondurma istehsalı da mövcuddur: “Bu barədə bizə zənglər daxil olur, araşdırılması tələb edilir. Çox yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu ilin yanvarından etiket məlumatları ilə malın tərkibinin uyğun gəlib-gəlmədiyi məsələsini üzərinə götürüb, araşdırmalar aparır. Yaxşı olar ki, AQTA Azərbaycandakı bütün dondurma çeşidlərinin bu cür təhlilini aparsın. Çünki əksər hallarda dondurmanın etiketində yazılan tərkiblə daxili düz gəlmir - kərə yağı əvəzinə ola bilsin başqa yağlar, yaxud qarışıq spred yağlar qarışdırırlar. Bir sözlə, istehlakçılar xüsusən etiketləşdirilmiş dondurma alan zaman etiket məlumatlarına baxsınlar. Şübhələri olarsa, AQTA-nın 1003 qaynar xəttinə məlumat versinlər”.
Sədr bildirib ki, açıq satılan dondurmalarda da problem olur: “Ən çox vaxtı keçmiş dondurmalar bu şəkildə satılır. İstehlakçının hüququ var ki, həmin dondurmaların sənədlərini tələb etsin, onun buraxılma tarixi, son yararlılıq müddəti barədə məlumat əldə etsin. Ümumiyyətlə, dondurmaları birdəfəyə çox yemək olmaz. Çox yeyilərsə, istehlak olunarsa, insan bağırsaq xəstəliyinə tutula bilər, yaxud bədən temperaturu elə aşağı düşər ki, onu xilas etmək mümkün olmaz. Buna görə də müəyyən vaxt intervallarında kiçik porsiyonda dondurma yemək daha uyğundur. Xüsusən uşaqları temperaturun aşağı düşmək riskindən qorumaq üçün onların çoxlu dondurma yeməmələrinə diqqət yetirmək lazımdır. Dondurma hər fəsildə yeyilə bilir. Artıq dondurma sezonu başlayıb. Düşünürəm, AQTA bu sahədə ciddi monitorinqlər aparmalıdır”.
Aytəkin Qardaşova
9 İyun 19:05
9 İyun 18:34
9 İyun 18:32
9 İyun 18:24
9 İyun 18:20
9 İyun 18:19
9 İyun 18:19
9 İyun 18:16
9 İyun 18:12
9 İyun 18:08
9 İyun 18:07
9 İyun 18:02
9 İyun 18:01
9 İyun 17:49
9 İyun 17:38
9 İyun 17:29
9 İyun 17:27
9 İyun 17:25
9 İyun 17:08
9 İyun 16:59
9 İyun 16:52
9 İyun 16:46
9 İyun 16:40
9 İyun 16:35
9 İyun 16:31
9 İyun 16:28
9 İyun 16:21
9 İyun 16:16
9 İyun 15:58
9 İyun 15:53
9 İyun 15:48
9 İyun 14:57
9 İyun 14:51
9 İyun 14:27
9 İyun 14:11
9 İyun 14:08
9 İyun 14:04
9 İyun 14:00
9 İyun 13:57
9 İyun 13:51
9 İyun 13:49
9 İyun 13:45
9 İyun 13:27
9 İyun 13:23
9 İyun 13:22
9 İyun 13:20
9 İyun 13:19
9 İyun 13:13
9 İyun 13:09
9 İyun 13:07
9 İyun 13:04
9 İyun 12:59
9 İyun 12:57
9 İyun 12:52
9 İyun 12:48
9 İyun 12:42
9 İyun 12:39
9 İyun 12:28
9 İyun 12:23
9 İyun 12:20
9 İyun 12:18
9 İyun 12:11
9 İyun 12:02
9 İyun 11:58
9 İyun 11:55
9 İyun 11:44
9 İyun 11:44
9 İyun 11:41
9 İyun 11:36
9 İyun 11:30
9 İyun 11:29
9 İyun 11:28
9 İyun 11:27
9 İyun 11:25
9 İyun 11:17
9 İyun 11:13
9 İyun 11:11
9 İyun 11:04
9 İyun 11:01
9 İyun 10:44
9 İyun 10:41
9 İyun 10:30
9 İyun 10:03
9 İyun 09:58
9 İyun 09:54
9 İyun 09:51
9 İyun 09:50
9 İyun 09:46
9 İyun 09:36
9 İyun 09:31
9 İyun 09:30
9 İyun 09:24
9 İyun 09:18
9 İyun 09:15
9 İyun 09:13
9 İyun 09:10
9 İyun 09:08
9 İyun 09:05
9 İyun 08:59
9 İyun 08:55
9 İyun 08:53
9 İyun 08:49
9 İyun 08:39
9 İyun 00:50
9 İyun 00:36
9 İyun 00:35
9 İyun 00:04
8 İyun 23:56
8 İyun 23:27
8 İyun 22:41
8 İyun 22:40
8 İyun 22:36
8 İyun 22:21
8 İyun 22:17
8 İyun 22:10
8 İyun 21:36
8 İyun 21:33
8 İyun 21:09
8 İyun 21:00
8 İyun 20:40
8 İyun 19:29
8 İyun 18:53
8 İyun 18:48
8 İyun 18:45
8 İyun 18:14
8 İyun 18:13
8 İyun 17:44
8 İyun 17:41
8 İyun 17:38
8 İyun 17:34
8 İyun 17:29
8 İyun 17:24
8 İyun 17:12
8 İyun 17:06
8 İyun 16:52
8 İyun 16:44
8 İyun 16:21
8 İyun 16:12
8 İyun 16:10
8 İyun 15:59
8 İyun 15:44
8 İyun 15:01
8 İyun 14:54
8 İyun 14:49
8 İyun 14:44
8 İyun 14:26
8 İyun 14:23
8 İyun 14:19
8 İyun 14:17
8 İyun 14:14
Ən son xəbərləri səhifəmizdən də izləyin