BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank "Veysəloğlu" barəsində cərimə protokolu yazdı

"Veysəloğlu" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclası mayın 31-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 25 May 2023, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin