BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi "Bazarstore"u cərimələdi

"Bazarstore" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

 

İş hazırda hakim Rəfail Sadıxovun sədrliyi ilə araşdırılır.

 

Kamal Məmmədov

Tarix: 25 May 2023, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin