BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bazarstore" istehlakçıların hüquqlarını pozdu - PROTOKOL

"Bazarstore" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cü (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

 

İş hazırda hakim Telman Quliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclası mayın 26-na təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 26 May 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin