BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Mirəliyev: “Manaf üzdəniraq müğənnilərdən deyil axı...”

“Xoşları gəlir, toyda müğənninin cibinə pul basırlar, burda nə var ki? Bunu başqa yerə yozmaq olmaz. Vaxtilə bizim də cibimizə pul basıblar. İndi də lazım olanda iş adamları bizə hörmət edirlər. Onda belə çıxır, kiminsə qabağında əskilirik? Bu nə deməkdir? Müğənniyə pul verərlər, xələt verərlər, bu, bizim adətimizdir”.

 

Bu sözləri Pravda.az-a müğənni Əli Mirəliyev toyda həmkarı Manaf Ağayevin cibinə xeyli miqdarda pul qoyulması ilə bağlı yayılan görüntülərin tənqid olunmasına münasibət bildirərkən deyib.

 

“Özü də Manaf üzdəniraq müğənnilərdən deyil axı. Manaf kişi oğlandır. Xoşları gəlib, Manafa hörmət ediblər, yaxşı da ediblər, əcəb də ediblər. Burda cinayət işi yoxdur, nə də heç bir söz-söhbət ola bilməz. Məmmədbağıra da, Ağadadaşa da, mənə də, Sabir Əliyevə də, Teymur Mustafayevə də - hamımıza həmişə pul veriblər də, burda nə var bəyəm? Kim bundan narahatdırsa, ondan soruşuram: sənin nəyinə lazımdır ki, kim kimə nə verir? Nə ağrı düşüb canına? Sən gəl bir Manaf Ağayev ol, sənə də pul versinlər. Manaf ola bilməzsən axı, məsələ budur. İstedadı Allah-təala verir. Allah hamıya istedad vermir ki”, - müğənni bildirib.

 

Aytəkin Qardaşova 

Tarix: 26 May 2023, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin