BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahib Məmmədov: “Erməni şəbəkələri beynəlxalq müstəvidə görəcəyimiz işləri bloklayır, onlara "bizimkilər" də dəstək olur”

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi elan etdiyi qrant müsabiqələrinin nəticələrini açıqladı. Bizim təşkilat da layihəsi maliyyələşdirlən QHT-lər sırasındadır. Layihəmiz haqqında geniş məlumat verməyəcəm. Çünki dərhal erməni şəbəkələri beynəlxalq müstəvidə görəcəyimiz işləri bloklamağa başlayır. Hətta onlara bəzi "bizimkilər" də dəstək olur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.

 

“13 il şura üzvü və şuranın Apellyasiya komissiyasının rəhbəri olmuş şəxs kimi deyirəm ki, maksimum ədalətli yanaşma sərgilənib. Azərbaycanin ictimai həyatında rolu olan bütün QHT-lər nəzərə alınıb. Sadəcə, dövlət büdcəsindən ayrılan vəsaitin kifayət qədər olmaması müəyyən məhdudiyyətlər yaradır. Bizim də planlarımız daha geniş idi. Qalan işləri özümüzün və dostların təmənnasız əməyi hesabına edəcəyik”, - S.Məmmədov qeyd edib.

Tarix: 26 May 2023, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin