BURADA REKLAMINIZ OLA
BİLƏR

Yüksək qan təzyiqi olanların nəzərinə: Bu qidalardan uzaq durun

Pəhrizimizdəki bəzi qidalar bir çox ölümcül xəstəliklərə səbəb ola bilər. Gündəlik həyatımızda tez-tez və sevərək istehlak etdiyimiz elə qidalar var ki, onlar infarkt və insult riskini artırır.

 

Pravda.az xəbər verir ki, britaniyalı məşhur kardioloq Gerald Karr Uayt Britaniya mətbuatına bununla bağlı mühüm açıqlamalar verib.

 

Kardioloq bildirib ki, yüksək təzyiqiniz varsa, basdırma, kolbasa kimi qidalardan çəkinməlisiniz: “Duz təzyiqin daha da yüksəlməsinə səbəb olur. Hipertoniya (yüksək təzyiq) diaqnozu qoyulmuş hər kəs qidasında duzu azaltmalıdır. Nahar yeməyində çipsli vetçina və pendirli, ağ çörəkli sendviç kimi yeməklərdən də çəkinmək lazımdır. Çünki bu yeməyin bütün inqrediyentlərində çox miqdarda duz var. Balıq, çips, pizza və hazır yeməklərdə də duz yüksəkdir. Ona görə də axşam yeməklərində bu qidaları istehlak etməyin. Bir çoxlarında yüksək təzyiqin heç bir əlaməti görünmür, ancaq bu, infarkt və insult riskini artırır. Yüksək qan təzyiqinin meydana gəlməsinin qarşısını almaq üçün davamlı idman və məşq etməlisiniz”.

 

Aytəkin Qardaşova

Tarix: 26 May 2023, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin