Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, AzTV tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 13 min 85 manat 2 qəpik olan qrim ləvazimatları (pudra, krem, lak, gel və s.) alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17.02.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. Ötən ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son bir ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Turrus” MMC bir dövlət qurumuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. İndi isə AzTV-yə qrim ləvazimatları satır.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Qalib olduğu ilk tender müsabiqəsindən cəmi 3-4 ay əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri də odur ki, müsabiqə ilə bağlı tərtib olunan rəsmi sənədlərdə - şərtlər toplusunda satın alınacaq malın adı azərbaycan dilində yazılmayıb. Məsələn, satın alınacaq mallardan birinin adı “nevidimka” olaraq qeyd olunub.
Qeyd edək ki, Azərbaycan ədəbi dilində “nevidimka” sözü yoxdur.
Xatırladaq ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 1.4-cü maddəsində açıq şəkildə yazılır ki, dövlət hakimiyyəti orqanlarında kargüzarlıq işləri dövlət dilində aparılır.
Dövlət qurumlarının satınalma müsabiqəsiylə bağlı tərtib etdiyi şərtlər toplusu da kargüzarlıq işlərinə aid sənədlərdən biridir. Bu səbəbdən həmin sənədlərdə ədəbi dildə olmayan sözlərin işlədilməsi qanun pozuntusu hesab olunur.
Onu da bildirək ki, bir çox dövlət qurumlarının tərtib etdiyi tender müsabiqəsiylə bağlı sənədlərdə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun tələbləri pozulur.
Məsələ ilə bağlı tərəfimizdən Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-yə müraciət ünvanlanıb.
Qurumdan Yeniavaz.com-a verilən açıqlamanı olduğu kimi təqdim edirik:
"Rus dilində elə sözlər var ki, Azərbaycan dilində onun izahının həcmi çox uzun olur. Ona görə də, tender üçün özəl şirkətlərə verilən ümumi informasiyada müəyyən formada qeydlər aparılır. Tender üçün lazım olan sənəddə ehtiyac olan ləvazimat və avadanlıqlarla bağlı qısa formada abreviatura yazılır, məhsul və ya avadanlığın göstəricilərinin, xüsusiyyətlərinin izahı qeyd olunur. Əgər "nevidimka"nın Azərbaycan dilində bir sözlə alternativi olsaydı, o zaman o, yazılardı. Bildiyiniz kimi iki "nevidimka" var. Biri xanımların saçlarında istifadə etdiyi, digəri isə "petliçka"nın mikrofona bağlanan "nevidimka"sı. "Petliçka" sözünü tərcümə etmək olur və Azərbaycan dilində naqilsiz yaxa mikrofonu kimi yazılır. Lakin bəzi spesifik məhsulların adları Azərbaycan dilinə tərcümədə bir sözlə ifadə edilmir.
Tender prosesində əsas şərtlərindən biri də odur ki, həmin məhsulun markası göstərilməsin. Çünki, bu, inhisarçılığa gətirib çıxara bilər və qeyri-obyektiv yanaşma hesab olunur. Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq xüsusən efirdə, sosial şəbəkələrdə, həm də sənəd dövriyyəsində qorumaq bizim əsas məqsədlərimizdəndir".
3 Oktyabr 00:53
3 Oktyabr 00:16
2 Oktyabr 22:47
2 Oktyabr 22:38
2 Oktyabr 21:22
2 Oktyabr 20:54
2 Oktyabr 20:40
2 Oktyabr 20:31
2 Oktyabr 20:30
2 Oktyabr 20:02
2 Oktyabr 19:59
2 Oktyabr 19:52
2 Oktyabr 19:46
2 Oktyabr 19:29
2 Oktyabr 19:18
2 Oktyabr 19:05
2 Oktyabr 18:57
2 Oktyabr 18:55
2 Oktyabr 18:50
2 Oktyabr 18:22
2 Oktyabr 18:14
2 Oktyabr 17:56
2 Oktyabr 17:41
2 Oktyabr 17:21
2 Oktyabr 17:11
2 Oktyabr 16:43
2 Oktyabr 16:39
2 Oktyabr 16:38
2 Oktyabr 16:36
2 Oktyabr 16:36
2 Oktyabr 16:34
2 Oktyabr 16:31
2 Oktyabr 16:29
2 Oktyabr 16:25
2 Oktyabr 16:22
2 Oktyabr 16:04
2 Oktyabr 16:01
2 Oktyabr 15:58
2 Oktyabr 15:28
2 Oktyabr 15:02
2 Oktyabr 14:57
2 Oktyabr 14:49
2 Oktyabr 14:34
2 Oktyabr 14:31
2 Oktyabr 14:30
2 Oktyabr 14:26
2 Oktyabr 14:23
2 Oktyabr 14:08
2 Oktyabr 13:46
2 Oktyabr 13:42
2 Oktyabr 13:37
2 Oktyabr 13:35
2 Oktyabr 13:18
2 Oktyabr 13:15
2 Oktyabr 13:12
2 Oktyabr 13:10
2 Oktyabr 13:07
2 Oktyabr 13:06
2 Oktyabr 13:00
2 Oktyabr 12:59
2 Oktyabr 12:53
2 Oktyabr 12:26
2 Oktyabr 12:11
2 Oktyabr 12:08
2 Oktyabr 12:05
2 Oktyabr 12:00
2 Oktyabr 11:58
2 Oktyabr 11:57
2 Oktyabr 11:55
2 Oktyabr 11:49
2 Oktyabr 11:48
2 Oktyabr 11:38
2 Oktyabr 11:34
2 Oktyabr 11:32
2 Oktyabr 11:26
2 Oktyabr 11:25
2 Oktyabr 11:24
2 Oktyabr 11:16
2 Oktyabr 11:11
2 Oktyabr 11:02
2 Oktyabr 11:01
2 Oktyabr 10:59
2 Oktyabr 10:44
2 Oktyabr 10:43
2 Oktyabr 10:38
2 Oktyabr 09:59
2 Oktyabr 09:41
2 Oktyabr 09:29
2 Oktyabr 09:16
2 Oktyabr 09:13
2 Oktyabr 09:11
2 Oktyabr 09:03
2 Oktyabr 08:43
2 Oktyabr 08:37
2 Oktyabr 08:35
2 Oktyabr 08:28
2 Oktyabr 08:15
2 Oktyabr 08:09
2 Oktyabr 02:52
2 Oktyabr 02:50
1 Oktyabr 23:25
1 Oktyabr 22:51
1 Oktyabr 21:18
1 Oktyabr 20:48
1 Oktyabr 20:27
1 Oktyabr 19:50
1 Oktyabr 19:49
1 Oktyabr 19:24
1 Oktyabr 18:52
1 Oktyabr 18:22
1 Oktyabr 17:49
1 Oktyabr 17:42
1 Oktyabr 17:40
1 Oktyabr 17:21
1 Oktyabr 17:18
1 Oktyabr 17:14
1 Oktyabr 16:42
1 Oktyabr 16:00
1 Oktyabr 15:40
1 Oktyabr 15:15
1 Oktyabr 14:17
1 Oktyabr 14:11
1 Oktyabr 13:46
1 Oktyabr 13:01
1 Oktyabr 12:51
1 Oktyabr 12:07
1 Oktyabr 11:11
1 Oktyabr 10:50
1 Oktyabr 10:46
1 Oktyabr 10:40
1 Oktyabr 10:08
1 Oktyabr 09:21
1 Oktyabr 09:18
1 Oktyabr 09:16
1 Oktyabr 09:12
1 Oktyabr 09:02
1 Oktyabr 07:47
1 Oktyabr 07:37
1 Oktyabr 01:05
30 Sentyabr 23:45
30 Sentyabr 23:39
30 Sentyabr 22:20
30 Sentyabr 21:24
30 Sentyabr 21:20
30 Sentyabr 21:18
30 Sentyabr 20:39
30 Sentyabr 20:35
30 Sentyabr 20:01
30 Sentyabr 19:49
30 Sentyabr 19:31
Ən son xəbərləri səhifəmizdən də izləyin