BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs məhkəmə qarşısında

Bakının Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən xanıma qarşı quldurluq etməkdə təqsirləndirilən Hüseyn Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fərid Namazovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Cinayət işi üzrə 5 zərərçəkmiş var.

 

Qeyd: Rəsmi məlumata görə, naməlum şəxs Bakının Xətai rayonunda yerləşən marketlərdən birinə daxil olaraq əlində olan bıçaqla satıcının həyat və sağlamlığı üçün təhlükə yaradacağı hədəsi ilə onun çantasından 185, kassadan isə 30 manat götürərək hadisə yerindən yayınıb.

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

 

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hüseyn Məmmədov barəsində cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 27 May 2023, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin