BURADA REKLAMINIZ OLA
BİLƏR

“Uşaqların internet və sosial şəbəkələr barədə düzgün məlumatlandırılması ciddi amildir” - RƏY

Azərbaycanda uşaq və gənclərin fiziki-mənəvi cəhətdən inkişafı, geniş, hərtərəfli biliyə, dünyagörüşünə, milli-mənəvi dəyərlərə, əxlaqa yiyələnən şəxsiyyət, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi böyümələri xüsusi diqqət mərkəzindədir. Məlum olduğu kimi, uşaq və yeniyetmələrin psixikasının inkişafına, onların dünya görüşlərinin formalaşmasına təsir göstərən əsas amillərdən biri də internetdir. Müasir dövrdə telefonsuz, kompütersiz, planşetsiz insan həyatını təsəvvür etmək qeyri-mümkündür. Texnologiyanın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də qaçılmazdır. Zaman-zaman uşaqların, yeniyetmələrin həyatına mənfi nümunə olan internet bəzən xoşagəlməz hadisələrə yol açır. Mütəxəssislər bildirirlər ki, valideynlər bu məsələdə daha məsuliyyətli olmalı, övladlarında internetin asılılıq yaratmasına icazə verməməlidirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə bildirib ki, günümüzün ən aktual məsələlərindən biri olan uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi hər kəs - bütün cəmiyyət üçün vacibdir.