BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketə silahlı basqın edən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda marketə silahlı basqın etməkdə təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses

 

Qeyd: Hadisə ötən ilin dekabrında Nizami rayonu Qara Qarayev prospektində baş verib. Naməlum şəxs marketdə satıcını bıçaqla hədələyərək 300 manat pulu quldurluq yolu ilə ələ keçirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Sübhan Quliyev saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 30 May 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin