BURADA REKLAMINIZ OLA
BİLƏR

AVP növbədənkənar parlament seçkilərində iştirak edəcək

Ana Vətən Partiyası (AVP) keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə AVP sədri Fəzail Ağamalı məlumat verib.

 

F.Ağamalı qeyd edib ki, Ana Vətən Partiyası hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması təşəbbüsünü müsbət qiymətləndirir: “Partiyamız addımı müzakirə edib, dövlətçilik baxımından bu qərarın önəmini önə çəkib, ümidvaram ki, bu qərarı müsbət qiymətləndirib, öz səlahiyyətləri çərçivəsində qərarını verəcək. Biz qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyik”.

Tarix: 29 Noyabr 2019, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin