BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur holdinq 80 min manat cərimələndi

Bakı Apellyasiya Məhkəməsində “CTC Holding” MMC-nin inzibati qaydada 40 000 avro cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi xəbərə görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi   Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən 11 oktyabr 2019-cu ildə holdinqin cərimə edilməsi barədə qərar çıxarıb. “CTC Holding” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. "CTC Holding"ə "Nazlı Bulaq" MMC (Qubada istirahət mərkəzi), "CTC Turizm", "CTC Agro" (qida məhsullarının satışı) və "CTC Association" şirkətləri daxildir.

 

Tarix: 29 Noyabr 2019, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin