BURADA REKLAMINIZ OLA
BİLƏR

Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı qərar verildi

Ali Məhkəmədə iş qadını Ruhi Əliyevaya qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

 

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

 

Ruhi Əliyeva mətbuata açıqlamasında bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanuna ziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir.

 

Kamal Məmmədov

Tarix: 31 May 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin