BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX-nin sərhəddə tutduğu əcnəbilərə hökm oxundu

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşları – N.Mohammadi (şərti) və E.Əhmədşahın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə N.Mohammadi 2 il və E.Əhmədşah isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

İttihama görə, Əfqanıstan İslam Respublikası vətəndaşı N.Mohammadi tanışı, yetkinlik yaşına çatmayan E.Əhmədşah ilə işləmək məqsədi ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “N” saylı hərbi hissənin Astara rayonu ərazisində yerləşən 9-cu sərhəd zastavasının 1-ci sahəsindən İrandan Azərbaycana keçib. Daha sonra onlar Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.

 

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin  318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 31 May 2023, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin