BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbələdə qəzada ölən və yaralananların adları məlum oldu

Qəbələdə yol qəzasında ölən və yaralananların adları məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Mustafayev Rövşən Abbas oğlu idarə etdiyi "Volksvagen Passat" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Bu zaman maşın yoldan çıxaraq əvvəlcə dairəyə, daha sonra isə yolun kənarındakı ağaca çırpılıb.

 

Nəticədə sürücü R.Mustafayev hadisə yerində ölüb, onun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Qəbələ şəhər sakinləri – qızı, 1988-ci il təvəllüdlü Mustafayeva İlahə Rövşən qızı və nəvəsi, 2016-cı il təvəllüdlü Səfərov Yusif Eddison oğlu isə müxtəlif bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 31 May 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin