Azərbaycanın mərhum Xalq artisti Yaşar Nurinin ölümündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, bir neçə gündür, onun məzarüstü abidəsi müzakirə obyektinə çevrilib. Bildirilir ki, büst Yaşar Nuriyə oxşamır. Bəziləri, hətta həmin büstün Yaşar Nurinin sağlığında hazırlandığını və mərhum aktyorun özünə göstərildiyini bildiriblər.
Məsələ ilə bağlı Pravda.az Xalq artistinin xanımı Rəhimə Nuriyevanın fikirlərini öyrənib.
R.Nuriyeva deyib ki, bu məsələnin müzakirəsi əhəmiyyətli deyil: “Musiqişünasam, Milli Konsevatoriyanı bitirmişəm. Təsviri sənət tarixi də keçmişik, heykəltaraşlıq da. Hamısından başım çıxmasa da, müəllimlərimiz çox güclü olub, bəzi nüansları öyrədiblər, bilgim var. Yaşarın büstünə çəkisinə, həcminə görə yaxından baxmaq mümkün olmaz. Elə fundamental, böyük əsərlərə gərək kənardan baxasan. Uzaqdan baxanda ümumi silueti görünür. Hansı heykəl insanın olduğu kimidir ki? Yaşarın büstünün özünə oxşayıb-oxşamadığını bu dəqiqə müzakirə etməkdə məqsəd nədir? Oxşayır, ya oxşamır, bunu niyə araşdırırlar? Kiminsə xoşuna gəlmirsə, mənə zəng vursun, sözünü desin. Xoşuna gəlməyən adam məndən icazə alıb, heykəli istədiyi kimi yenidən düzəldib yerinə qoysun. Buna razıyam, əgər ürəkləri belə istəyirsə”.
R.Nuriyeva əlavə edib: “Sözün açığı, həmin büstün gözünün ifadəsində, baxışında bir az Yaşara oxşarlıq olmaya bilər. Yaşar kimi sənətkarın, qeyri-adi adamın baxışını tutmaq çətindir. İki dəfə büstün gözlərini düzəltdirmişəm. Heykəltaraşı da, köməkçisini də çağırmışam, demişəm ki, gözlərinə bir az aydınlıq gətirin. Dedilər ki, tuta bilmirik, gözlərində maraqlı axıntı var. Əslində, qaşı, burnu, çənəsi, saçlarının formasında çox uyğunluq var. Heç kimə icazə vermərəm ki, bunu Yaşara oxşatmasın. Heykəldir, qoyulub. İnsan həyatda yoxdur, büstü özünə oxşadı, ya oxşamadı, bunu müzakirə etməklə, o, həyata qayıdacaq? Yox. Kim ki mənə dəstək, kömək olub, kimin əməyi keçib, hamısı insan işidir. Adam var, əsər yazır, biri bəyənəndə o biri bəyənmir... Hər şeydə minus tapmaq olur. İndi insanların işi-gücü bitib, keçiblər heykəllərə, müzakirə edirlər ki, kim oxşayır, kim oxşamır. Çox maraqlıdır, gülməli gəlir...”
Rəhimə xanım Yaşar Nurinin sağlığında məzarındakı büstü görməsi ilə bağlı yayılan məlumata isə belə aydınlıq gətirib: “Yaşar sağlığında bu büstü görməyib. O, 173 nömrəli məktəbi bitirib. Sağlığında Yaşarı dəvət etdilər, məktəbdə görüş keçirildi. Yaşarın heykəltaraş dostu onun gipsdən düzəldilmiş heykəlini həmin görüşə gətirmişdi. Görüş bitəndən sonra heykəli məktəbdə qoymadı, öz emalatxanasına apardı. O heykəl indiyə qədər keçmiş "Olimp" mağazasının arxasındakı beşmərtəbəli binanın altındakı emalatxanalardan birində saxlanılır. Yaşar həmin emalatxanada otururdu, dostu onun üzünə baxaraq gipsdən heykəli düzəltmişdi. Yaşar dünyasını dəyişəndən sonra istədik ki, ilinə qədər bu heykəli məzarına qoyaq. Həmin heykəltaraş Yaşarın ən yaxın dostu idi, artıq rəhmətə gedib. Onunla danışmışdım, amma qiyməti baha oldu. Yaxın insanlardan birinin dəstəyi ilə birləşib bu heykəli ərsəyə gətirdik. Gipsdən düzəldilmiş heykələ baxıb, Yaşarın portretlərini də bir araya yığıb, bir neçə əsərə baxandan sonra ümumi formatda bu heykəl hazırlanıb...”
Aytəkin Qardaşova
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
Ən son xəbərləri səhifəmizdən də izləyin