BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda mebel istehsal edən məşhur şirkət cərimələndi

"Embawood" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması, özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır.

 

Məhkəmənin iclası iyunun 7-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 31 May 2023, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin