BURADA REKLAMINIZ OLA
BİLƏR

“MAN” markalı yük maşınlarının və avtobusların Azərbaycandakı rəsmi distribütoru barəsində cərimə protokolu yazıldı - Sabah məhkəmədə baxılacaq

"İmprotex Trucks and Buses" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Solmaz Mustafayeva sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclası iyunun 1-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 31 May 2023, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin