BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azpetrol"la bağlı QƏRAR

Səbail Rayon Məhkəməsində "Azpetrol LTD" MMC barəsində tətbiq edilmiş protokola baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.

 

Qeyd: "Azpetrol LTD" MMC barəsində cərimə protokolu yazılıb. Belə ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2023, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin