BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə tələbəni qətlə yetirən ofisiantla bağlı qərar verdi

Ali Məhkəmədə Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Kənan Osmanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, K.Osmanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Hadisə 2021-ci il iyulun 4-də Mingəçevir şəhəri ərazisində yerləşən “Miraj” kafesinin yaxınlığında qeydə alınıb. Belə ki, həmin kafedə ofisiant işləyən 2004-cü il təvəllüdlü K.Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevə çoxsaylı bıçaqla qətlə yetirib.

 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

K.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Xatırlatma: M.Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin