BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan gələn qayınana kürəkənini bıçaqladı – MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahilə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 07 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

 

Belə ki, toydan qayıdan Sahilə Səmədova evinin həyətində olan mətbəxdə qızı ilə kürəkəni, zərərçəkmiş Nizam Həsənovun (şərti) mübahisə etdiyini görüb. Bu zaman o, pərdə asmaq üçün istifadə olunan metal parçası (“karniz”) və əli ilə Nizamın bədəninin müxtəlif nahiyələrinə zərbə vurub. Daha sonra Sahilə Səmədova mətbəx bıçağını götürüb qisas niyyəti ilə zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə endirib.

 

Məhkəmə istintaqı zamanı o, elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilib.

 

Qeyd: Sahilə Səmədova Qobustan şəhəri, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbində xadimə işləyir.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin