BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə arvadını döyə-döyə öldürən şəxsi Psixiatriya Xəstəxanasına göndərdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xızıda arvadını döyə-döyə öldürməkdə təqsirləndirilən Əbülfət Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib və o, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə olunub. Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

 

Qeyd: Ötən il iyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 05 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirmiş, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

 

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilmişdi.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2023, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin