BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 67 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham olunan 1983-cü il təvəllüdlü Şamxal Kərimovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, zərərçəkmiş Rəşid Məmmədov həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək etməsi üçün Şamxal Kərimova 67 min manat pul verib.

 

Rəşid Məmmədovun oğlu terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilək həbs edilən 11 nəfərdən biri olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid Məmmədovun oğlu Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Şamxal Kərimov isə özünü yüksək rütbəli məmur kimi təqdim edərək ondan aldığı 67 min manatı qaytarmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamxal Kərimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bu hökmdən hər iki tərəf narazı qalıb. Zərərçəkmiş tərəf şikayət verərək Şamxal Kərimova 10 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib. Şamxal Kərimov isə daha aşağı həddə cəza təyin edilməsi üçün məhkəməyə üz tutub.

 

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2023, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin