BURADA REKLAMINIZ OLA
BİLƏR

"Aqro-Vest DC" şirkəti cərimələndi

"Aqro-Vest DC" MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyunun 6-na təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2023, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin