BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçkilərlə bağlı təşviqat başlayır - DİQQƏT

Sabah – noyabrın 30-da dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır.

 

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat noyabrın 30-dan başlanır, dekabrın 22-i saat 08:00-da dayandırılır.

Tarix: 29 Noyabr 2019, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin