BURADA REKLAMINIZ OLA
BİLƏR

Elm və Təhsil Nazirliyinin paylaşdığı foto müzakirələrə səbəb oldu – “Nəyi təbliğ edirsiniz?”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.

 

Pravda.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov da paylaşıma görə nazirliyi tənqid edib.

 

“Elmdən, təhsildən xəbərsiz olduğunuzu bilirik, başınız dost, tanışlarınıza vəzifə verməyə, fəaliyyəti olmayan QHT-lərə yüz minlərlə vəsaiti qrant adı altında paylamağa necə qarışıbsa, nə paylaşdığınıza belə baxmırsınız. Siz nəyi təbliğ edirsiniz? Yüzlərlə direktor, müəllim də baxmadan, anlamadan bu şəkili paylaşır. Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz? Bu nəyin bayrağıdır?” – o qeyd edib.

 

Nazirlik paylaşıma düzəliş edərək, fotonu dəyişib.

 

Nadir

Tarix: 1 İyun 2023, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin