BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikroavtobusda bibisinin əlinə toxunan şəxsin burnunu sındırdı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zahid Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən, 600 manat miqdarında cərimə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Zahid Əliyevin məhkəməyədək icraat dövründə tutulduğu 2 gün nəzərə alınmaqla, təyin edilmiş 600 manat miqdarda cərimə cəzası yüngülləşdirilib və onun üzərində qəti olaraq 500 manat miqdarda cərimə cəzası saxlanılıb.

 

İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan 596 saylı marşrut mikroavtobusunun salonunda qeydə alınıb.

 

Belə ki, mikroavtobusda sərnişin qismində dayanmış zərərçəkmiş Nahid Quliyev (şərti) digər sərnişin, Zahid Əliyevin qohumu (bibisi) Mələk Zalovanın (şərti) əlinə toxunub. Bu zaman təqsirləndirilən şəxs həmin anı görüb, qadına qarşı əxlaqsızlıq edildiyini düşünüb. O, Nahidə yaxınlaşıb bu barədə irad bildirib və sərnişinlərin gözləri önündə zərərçəkmişə yumruq və başla qəsdən vuraraq burunu sındırıb.

 

Kamal Məmmədov

Tarix: 2 İyun 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin