BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yük Taksisi.Az”ın iddiasına baxılacaq tarix bilindi

“Yük Taksisi.Az” MMC-nin (166 xidməti) “RD Smart" MMC-yə qarşı iddiası üzrə məhkəmənin vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsində keçiriləcək iclas iyulun 3-nə təyin edilib.

 

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: 166 xidməti daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.

 

Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

 

Kamal Məmmədov

Tarix: 2 İyun 2023, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin