BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini siqaret çəkdiyinə görə şantaj edən şəxsə şərti cəza verildi

Astara Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Murad Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 2022-ci ilin aprel ayında Astara rayonunun Balaca Şahağacı kəndində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Murad Məmmədov istintaqa məlum olmayan vaxtda həmkəndlisi, zərərçəkmiş Qulam Xıdırovun (şərti) siqaret çəkməsini görüb. O bilib ki, Qulam siqareti valideynlərindən xəbərsiz çəkir. Murad zərərçəkmişin mobil telefonu vasitəsi ilə onun siqaret çəkən yerdə çəkilmiş fotosunu göstərərək barəsində rüsvayedici məlumatları yayacağı ilə, yəni həmin foto şəkli atasına göndərəcəyi ilə hədələyib. O, buna görə Qulamdan şantaj yolu ilə 180 manat pul tələb edərək alıb.

 

İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Məhkəmədə Murad Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

Kamal Məmmədov

Tarix: 2 İyun 2023, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin