BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat xaricdə qoyun-quzu satışı ilə məşğuldur

Milli Məclisin deputatı Mirkazım Kazımovun xaricdə biznesinin olduğu məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli qeyd edib ki, deputat Ukraynada iki şirkət açıb, hər ikisini oğlu Səid Kazımovun adına rəsmiləşdirib: “İlk olaraq 2015-ci ilin fevralında Çerniqovsk vilayətində AL RAZZAQ MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ АЛ-РАЗЗАГ) 20 min qrivna nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkətin fəaliyyət sahəsi kimi "mal-qaranın topdansatışı" göstərilib. Sənədlərdə qeyd olunur ki, Bakı şəhəri, Parlament prospekti 2 B, mənzil 58-də qeydiyyatda olan Səid Mirkazım oğlu Kazımov şirkətin 100 faizlik sahiblik hüququ ilə tək hissədarıdır. Belə anlaşılır ki, Kazımovun şirkəti Ukraynadan Azərbaycana öküz, inək, qoyun-quzu daşıyır. Anatoli Lapinski adlı Ukrayna vətəndaşını da şirkətə müdir qoyublar ki, ordakı işləri idarə etsin. Ötən ilin avqustunda Kiyevdə "Mir-M.L" MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ МИР-М.Л) qeydiyyatdan keçiriblər. Qeydiyyat nömrəsi 42491862, hüquqi ünvanı Qoloseevsk rayonu, akademik Vilyams küçəsi 6-dır. Şirkətin 67 %-lik hissəsi Mirkazım Kazımovun oğlunun adına, 33 %-i isə Xarkov vilayətində yaşayan Cəmaləddin İbrahimov adlı şəxsin adına rəsmiləşdirilib. Nizamnamə fəaliyyəti ət emalı və konservləşdirilməsindən, yəni "tuşenka" hazırlamaqdan ibarətdir”.

Tarix: 29 Noyabr 2019, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin