BURADA REKLAMINIZ OLA
BİLƏR

Abituriyent imtahana telefonu keçirməyə belə cəhd etdi - FOTO

İyunun 4-də Bakıda keçirilən I qrup üzrə qəbul imtahanı zamanı abituriyentlərdən biri imtahana ayaqqabısının altında mobil telefon gətirib.

 

Pravda.az xəbər verir ki, bu barədə görüntüləri Dövlət İmtahan Mərkəzinin nəzarətçisi Elyar İslamoğlu öz “Facebook” hesabında paylaşıb.

 

“Hər imtahandan qabaq abituriyentlərə imtahan qaydalarının pozulmaması üçün xəbərdarlıq edilir. Amma yenə də qayda pozanlar olur. Hörmətli valideynlər, imtahana buraxılış vərəqəsi çap ediləndən sonra orada yazılanları övladınızla birlikdə oxuyun. Övladlarınızı qayda pozuntusundan çəkindirin. İmtahan zamanı telefon aşkar edilməsi imtahan nəticəsinin ləğv edilməsinə səbəb olur”, - o qeyd edib.

 

Abituriyentin fotosu sosial şəbəkələrdə xeyli müzakirə yaradıb.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 5 İyun 2023, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin