BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskov Sallivanın açıqlamasına münasibət bildirdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın açıqlamasına münasibət bildirib.

 

Pravda.az bu barədə TASS-a istinadən xəbər verir.

 

O, Sallivanın açıqlamasını vacib hesab edir: “Sallivanın ABŞ-ın Rusiya ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olması barədə bəyanatını müsbət qiymətləndiririk. Bununla bağlı diplomatik formatda konkret addımlar atıldıqdan sonra ABŞ-la silahlara nəzarət üzrə istənilən dialoqu təşkil etmək mümkün olacaq”.

 

“Rusiya Federasiyası ABŞ-la silahlara nəzarət üzrə dialoqa açıq olaraq qalır, lakin Vaşinqtonun konkret təklifləri olmalıdır” – Peskov əlavə edib.

 

Xəyal

Tarix: 5 İyun 2023, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin