BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin kardinal Matteo Zuppi ilə görüşməyi planlaşdırmır” - Kremldən açıqlama

“Vladimir Putin hələlik Roma Papasının nümayəndəsi kardinal Matteo Zuppi ilə görüşməyi planlaşdırmır”.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Hazırda belə bir görüş planı yoxdur, olarsa, məlumat veriləcək. Bilirik ki, o, əvvəlcə Kiyevə gedəcək” – Kreml sözçüsü qeyd edib.

 

Xatırlatma: Bildirilmişdi ki, italiyalı kardinal Matteonun Moskvaya səfəri planlaşdırılır.

 

Qeyd: “Reuters”in yaydığı xəbərə görə, bu gün italiyalı kardinal Matteo Zuppi Papa Frensisin tapşırığı ilə Ukraynada müharibəyə son verilməsinə yardım etmək məqsədilə sülh missiyası ilə Kiyevə yola düşüb.

 

Bildirilib ki, Vatikan nümayəndə heyəti iki günlük səfər çərçivəsində hökumət rəsmiləri ilə görüşlər keçirəcək, mümkün sülh yolları ilə bağlı Kiyev rəsmilərini dinləyəcək, həmçinin gərginliyin azaldılmasına yardım edən humanitar jestləri dəstəkləyəcək.

 

Xəyal

Tarix: 5 İyun 2023, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin