BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna Silahlı Qüvvələri yayda planlaşdırılan əks hücumda F-16 qırıcılarından istifadə edə bilməyəcək - Reznikov

Ukrayna Silahlı Qüvvələri yayda planlaşdırılan əks hücumda F-16 qırıcılarından istifadə edə bilməyəcək.

 

Pravda.az xarici mediaya istinadən xəbər veirr ki, bunun Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

 

Reznikov bildirib ki, buna səbəb pilotların və mühəndislərin hazırlanması üçün vaxt azlığıdır: “Həmin qırıcıların döyüş şəraitində istifadəsi payız və ya qış aylarında mümkündür".

 

O əlavə edib ki, Ukraynaya təkcə pilotları yetişdirməyə deyil, həm də mühəndisləri də yetişdirmək üçün dəstək lazımdır.

 

Qeyd: ABŞ Prezidenti Bayden mayın 21-də keçirilən G-7 sammitindən sonra baş tutan mətbuat konfransında Qərbin F-16 qırıcıları da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçəcəyini açıqlamışdı. Eyni zamanda, milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonun yaxın aylarda bir sıra dövlətlərlə F-16 təyyarələrini Kiyevə təhvil verməsini müzakirə edəcək.

 

Xəyal

Tarix: 5 İyun 2023, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin