BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılıdan xəbər var

“Arif Hacılının ürəyində damar tutulması var idi, ona görə də şuntlama əməliyyatı olub. Əməliyyat uğurla keçib, vəziyyəti yaxşıdır. Bir neçə günə xəstəxanadan evə buraxılacaq. Həkimlər bildirirlər ki, əməliyyatdan sonra hansı göstəricilər olmalıdırsa, Arif Hacılıda bu göstəricilər normaldır. Təzyiq də normaldır, hər şey qaydasındadır. Özü bir neçə dəfə ayağa qalxıb, gəzib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.

 

“Həkimlər məsələt görüblər ki, telefondan uzaq dursun, şüalanma olmasın. Buna görə də özü zənglərə cavab vermir”, - M.Hacıbəyli bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyun 2023, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin