BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda taksi sürücüsü namus üstündə bıçaqlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rza Rzayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 12 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində qeydə alınıb.

 

Belə ki, Rza Rzayev tanışı, zərərçəkmiş Real Qafarzadə (şərti) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçağı çıxararaq onun boyun nahiyəsindən və bədənindən bir neçə dəfə bıçaqla vurub.

 

Məhkəmədə ifadə verən Rza Rzayev ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O deyib ki, hadisəyə səbəb taksi sürücüsü Realla həyat yoldaşının yaxın münasibətləri olub.

 

Kamal Məmmədov

Tarix: 6 İyun 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin