BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbir daşları düzəldən şəxs anası ölən adama qarşı dələduzluq etdi - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vilayət Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1100 manat miqdarında cərimə təyin edilib.

 

İttihama görə, Vilayət Əsədov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zəfər Məmmədovun (şərti) mərhum anasına mərmərdən qəbirüstü abidə hazırlayacağına dair yalandan vəd verib. O, 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki qəbiristanlıq və şadlıq sarayının qarşısında ümumilikdə 1620 manat məbləğində nağd pul alaraq dələduzluq edib.

 

Daha sonra Vilayət Əsədov verdiyi vədə əməl etməyib.

 

Məhkəmə istintaqında Vilayət Əsədov ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O qeyd edib ki, qəbir daşları düzəldib satmaqla məşğul olur.

 

Kamal Məmmədov

Tarix: 6 İyun 2023, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin