BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk lirəsi bu qədər ucuzlaşa bilər - Ekseprt AÇIQLADI

“Hesab edirəm, türk lirəsi 25-27, bəlkə də, 28-dək ucuzlaşa bilər. Çünki Türkiyənin apardığı uzunmüddətli hetrodoks, yəni qeyri-ənənəvi metodlardan uzaq siyasət nəticədə vəziyyəti daha da kəskinləşdirib. Düzdür, hiperinflyasiya zamanı ölkələrdə bu tip müəyyən davranışlar sərgilənir. Amma uzunmüddətli dövr üçün bu, perspektiv olmur. Buna görə də yeni hökumətin “U” dönüşü etməsi ilə bağlı anons verməsinə rəğmən prosesin müəyyən qədər davam edəcəyi şübhəsizdir. Düşünürəm, ilin 3-cü rübünün sonuna doğru müəyyən qədər stabilləşmə müşahidə edə bilərik”.

 

Bu sözləri Pravda.az-a açıqlmasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

 

Eskpertin sözlərinə görə, bu, xarici ölkələrdən gətirilmiş xammal hesabına Türkiyədə reallaşdırılan istehsal sahələri üçün də problem yarada bilər: “Hətta deyərdim ki, yaratmaqdadır. Çünki bu, ölkədən ciddi valyuta çıxışını tələb edir. Əgər ölkədən ciddi valyuta çıxışı məhdudlaşdırılırsa, o zaman xammal təchizatında problem yarana bilir. Bütün hallarda situasiya bir qədər qəlizdir. Türkiyənin ciddi iqtisadi uğurlar qazanması və bu iqtisadi təlatümlü vəziyyətdən çıxması üçün hələ bir müddət lazım olacaq. Çünki iqtisadi sahə hazırda Türkiyənin ən yaralı yeridir”.

 

Aytəkin Qardaşova

Tarix: 6 İyun 2023, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin